Şəki: Xan sarayı və İpək yolu
- 2 gün / 1 gecə
- 18.10
Qəbələ
Həftəsonu üçün ideal: Tufandağa qalxış, Yeddi Gözəl şəlaləsi və göl kənarında axşam.
İki gün ərzində Qəbələnin ən gözəl yerlərini görəcəksiniz. Səhər tezdən Bakıdan çıxırıq, yolda Şamaxı Cümə məscidinə baş çəkirik. Günortadan sonra kanat yolu ilə Tufandağa qalxırıq, axşam Nohur gölü kənarında şam yeməyi. İkinci gün şəlaləyə gəzinti və Bakıya qayıdış.
Gün 1
08:00-da Bakıdan çıxış. Şamaxı Cümə məscidi, Qəbələdə otelə yerləşmə. Tufandağ kanat yolu ilə 1 900 metrə qalxış, axşam Nohur gölü kənarında şam yeməyi.
Gün 2
Səhər yeməyindən sonra Yeddi Gözəl şəlaləsinə gəzinti (təxminən 40 dəqiqə yüngül yoxuş). Yerli bazarda qoz və mürəbbə alış-verişi, 19:00-da Bakıya qayıdış.
Qəbələ turu çox yaxşı təşkil olunmuşdu: avtobus vaxtında gəldi, otel təmiz idi, bələdçi Elvin hər şeyi maraqla danışırdı. Uşaqlar kanat yolundan sonra hələ də danışırlar.
Tur sorğusu
Formu doldurun, menecerimiz iş saatlarında 30 dəqiqə ərzində zəng edəcək.